Həftənin ən yaxşısı kim seçildi?
13.02.2025 , 19:50

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, “Borussiya”nın (Dortmund) hücumçusu Seru Girassidir.
28 yaşlı qvineyalı futbolçu azarkeşkər arasında keçirilən səsvermədə namizədlər arasından “Real”dan Vinisius Junioru, “Benfika”dan Vanqilis Pavlidisi və “Feyenord”dan isə İqor Payxaonu qabaqlayıb.
O, “Sportinq”lə (3:0) görüşdə 1 qol və 1 məhsuldar ötürməyə imza atıb.
