Həftənin ən yaxşısı kim olacaq? – Namizədlər
10.04.2025 , 11:48

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Korner.az xəbər verir ki, namizədlər arasında Deklan Rays (“Arsenal”), Alessandro Bastoni (“İnter”), Xviça Kvaratsxeliya (PSJ) və Robert Levandovski (“Barselona”) yer alıb.
Qalibin adı UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə müəyyənləşəcək.
