Həftənin ən yaxşısı kim olacaq? – Namizədlər
06.03.2025 , 11:57

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Real”dan Rodriqo, “Bavariya”dan Harri Keyn, “Arsenal”dan Martin Edeqor və “Liverpul”dan isə Alisson Bekkerin adı yer alıb.
Qalibin adına UEFA-nın rəsmi saytında keçirilən sorğu nəticəsində müəyyənlik gələcək.
