Həftənin ən yaxşısı kim olacaq? – Namizədlər
17.04.2025 , 11:05

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Korner.az xəbər verir ki, namizədlər arasında Lautaro Martines(“İnter”), Seru Qirassi(“Borussiya, Dortmund), Osman Dembele(PSJ) və Deklan Rays(“Arsenal”) yer alıb.
Qalibin adına UEFA-nın rəsmi saytında keçirilən sorğu əsasında müəyyənlik gələcək.
