Həftənin ən yaxşısı kim olacaq?
09.03.2023 , 14:20

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, bu ada “Çelsi”də Mark Kukurelya, “Benfika”dan Rafa Silva, “Milan”dan Fikayo Tomori və “Bavariya”dan Tomas Müller namizəd olub.
Qalib UEFA-nın saytına azarkeşlər arasında keçirilən səsvermə nəticəsində məlum olacaq.
