Həftənin ən yaxşısı kim olacaq?
17.02.2023 , 13:45

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, bunlar “Sevilya”dan Luis Okampos, “Mançester Yunayted”dən Markuş Reşford, “Şaxtyor”dan Dmitri Kriski və “Monako”dan Aksel Disasidir.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.
