Həftənin ən yaxşısı kim olacaq?
22.01.2026 , 10:30
UEFA Çempionlar Liqasında liqa mərhələsinin 7-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Korner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıya “Real”ın hücumçusu Vinisius Junior, “Sportinq”in futbolçusu Luis Suares, “Atletik”dən Robert Navarro və “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes daxil edilib.
Vinisius Junior “Monako” ilə keçirilən qarşılaşmada, Robert Navarro isə “Atalanta”ya qarşı oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə ilə diqqət çəkib. Luis Suares PSJ ilə matçda, Fermin Lopes isə “Slaviya” ilə görüşdə dubl edərək komandasının qələbəsində mühüm rol oynayıb.
Qeyd edək ki, həftənin ən yaxşı futbolçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə əsasında seçiləcək.
