Həftənin ən yaxşısı kim olacaq?
12.12.2024 , 11:00
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turunun ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Bavariya”dan Maykl Olise, “Brest”dən Marko Bizo, “Atletiko”dan Antuan Qrizmann və “Arsenal”dan Bukayo Saka yer alıb.
Qalibin adı UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsində müəyyənləşəcək.