Həftənin ən yaxşısı kim olacaq?
24.10.2024 , 12:30

UEFA Çempionlar Liqasında 3-cü turun ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Korner.az xəbər verir ki, namizədlər arasında “Barselona”dan Rafinya, “Real”dan Vinisius Junior, “Milan”dan Ticani Reyncers və “Monako”dan Takumi Minamino yer alıb.
Qalibin adına UEFA-nın saytında keçirilən sorğu nəticəsində aydınlıq gələcək.
