Həftənin ən yaxşısı kim olacaq?
07.10.2022 , 15:38

UEFA Avropa Liqasında qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Korner.az xəbər verir ki, bunlar “Monako”dan Vissam Ben Yedder, “Mançester Yunayted”dən Markus Reşford, PSV-dən Kodi Qakpo və “Srvena Zvezda”dan Kanqadır.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
