Həftənin ən yaxşısı kim olacaq?
06.10.2023 , 11:30

Avropa Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Roma”dan Andre Belotti, “Atalanta”dan Matteo Ruceri, “Slaviya”dan Moymir Xitil və “Vest Hem”dən Lukas Paketa yer alıb.
Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
