Həftənin ən yaxşısı kim olacaq?
16.03.2023 , 15:22

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, bu ada “Mançester Siti”dən Erlinq Holann, “İnter”dən Hakan Çalhanoğlu, “Real”dan Kərim Benzema və “Napoli”dən Viktor Osimhen namizəd olub.
Qalib UEFA-nın saytına azarkeşlər arasında keçirilən səsvermə nəticəsində məlum olacaq.
