Həftənin ən yaxşısı adına namizədlər
16.09.2021 , 16:40

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Korner.az xəbər verir ki, bu ada “Leypsiq”dən Kristofer Nkunku, “Bavariya”dan Robert Levandovski, “Ayaks”dan Sebastyan Alle və Dortmund “Borussiya”sından Cud Bellingem namizəddi.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra məlum olacaq.
