Həftənin ən yaxşısı adına namizədlər açıqlandı
08.06.2023 , 10:42

UEFA Konfrans Liqasının finalında keçirilən “Fiorentina” – “Vest Hem” qarşılaşmasından (1:2) sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Fiorentina”dan Sofyan Amrabat, Cakomo Bonaventura, “Vest Hem”dən isə Lukas Paketa və Carrod Bouen yer alıb.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək.
