Həftənin ən yaxşısı adına namizədlər
18.05.2023 , 10:56
Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “İnter”dən Lautaro Martines və Hakan Çalhanoğlu, “Mançester Siti”dən isə Rodri və Bernardo Silva yer alıb.
Qalib UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində məlum olub.