Həftənin ən yaxşısı adına namizədlər
07.10.2022 , 17:04

UEFA Konfrans Liqasında qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Korner.az xəbər verir ki, “Silkeborq”dan Kasper Kusk, “Molde”dən Ola Brinhildsen, “Vilyarreal”dan Xose Luis Morales və “Fiorentina”dan Kristian Kouamedir.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
