Həftənin ən yaxşısı adına namizədlər
15.09.2022 , 11:02

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Korner.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada “Bavariya”dan Camal Musiala, “Mançester Siti”dən Kevin De Bruyne, PSJ-dən Kilian Mbappe və “Brügge”dən Ferran Xutqla namizəd olub.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
