Həftənin ən yaxşısı adına namizədlər
09.09.2022 , 16:35

UEFA Konfrans Liqasında qrup mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, bunlar “Bazel”dən Vuter Burqer, RFŞ-dan Pavels Steynbors, “Slovaçko”dan Yan Kalabişka və “Vilyarreal”dan Aleks Baenadır.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyələşəcək.
