Həftənin ən yaxşısı adına namizədlər
18.03.2022 , 13:33

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Korner.az xəbər verir ki, namizədlər arasında Tomaş Souçek (“Vest Hem”, İngiltərə), Pedri (“Barselona”, İspaniya), Merih Demiral (“Atalanta”, İtaliya), Abel Ruis (“Braqa”, Portuqaliya) var.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.
