Həftənin ən yaxşısı adına namizədlər
20.02.2025 , 12:50

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında Kilian Mbappe (“Real”), Vitinya (PSJ), Noah Lanq (PSV) və Orkun Kökçü (“Benfika”) yer alıb.
Qalibin adına UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənlik gələcək.
