Həftənin ən yaxşısı adına namizədlər
14.03.2024 , 17:30

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Arsenal”dan David Raya, “Atletiko”dan qolkiper Yan Oblak, Dortmund “Borussiya”sından veinger Ceydon Sanço və “Barselona”dan müdafiəçi Pau Kubarsi yer alıb.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.
