Həftənin ən yaxşısı adına namizədlər
22.09.2023 , 17:19

Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Jrinski”dən (Bosniya) Zvonimir Kozul, “Legiya”dan (Polşa) Ernest Muçi, “Fiorentina”dan (İtaliya) Luka Ranyeri və “Ludoqorets”dən (Bolqarıstan) Yakun Piotrovski yer alıb.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.
