Həftənin ən yaxşısı adına namizədlər
01.06.2023 , 11:45

Avropa Liqasında “Sevilya” ilə “Roma” arasında keçirilən final matçından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Sevilya”dan Yassin Bono, İvan Rakitiç, “Roma”dan isə Kris Smollinq və Paulo Dibala yer alıb.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək.
