Həftənin ən yaxşısı adına 4 namizəd
19.09.2019 , 16:49

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına Erlinq Halann (“Zalsburq”), Mark-Andre Ter Ştegen (“Barselona”), Anxel Di Maria (PSJ) və Mislav Orşiç (“Dinamo” Zaqreb) namizəd göstərilib.
Azarkeşlər səsvermədə iştirak edərək, həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.
