Həftənin ən yaxşısı adına 4 namizəd
19.05.2023 , 10:17
Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Sevilya”dan İvan Rakitiç və Erik Lamela, “Roma”dan Nemanya Matiç, “Bayer”dən isə Florian Virts yer alıb.
Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.