Həftənin ən yaxşısı
13.10.2022 , 19:05

Çempionlar Liqasında qrup mərhələsinin IV turunun ən yaxşı oyunçusu məlum olub.
Korner.az xəbər verir ki, bu ada “Tottenhem”in yarımmüdafiəçisi Son Hın Min layiq görülüb. Məlumatı turnirin mətbuat xidməti yayıb.
Cənubi koreyalı vinger “Tottenhem”in “Ayntraxt”ı 3:2 hesabı ilə məğlub etdiyi qarşılaşmada iki qol vurub.
Son Hın Min “Brügge”nin qapıçısı Simon Minyole, “Makkabi”dən Omar Atzili və “Liverpul”dan Roberto Firminonu qabaqlayıb.
