Həftəninən yaxşısı adına namizədlər
28.10.2022 , 16:10

Konfrans Liqasında qrup mərhələsinin V turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, bunlar “Fiorentina”dan Luka Yoviç, “Sivasspor”dan Mustafa Yatabare, “Jalqiris”dən Matias Oyevusi və “Anderlext”dən Yari Versharendir.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
