“Kəpəz”in futbolçusu Şahin Kərimov klubun rəsmi saytına açıqlama verib.
Korner.az-ın məlumatına görə,futbolçu “Neftçi” ilə oyun haqqında və bu tur qarşılaşacaqları “Rəvan”la oyun haqqında fikirlərini bildirib:
“Qış fasiləsindən sonrakı ilk turda məğlubiyyətlə üzləşməyimizə baxmayaraq, ruhdan düşməmişik. Həftə boyunca məşq edib, qarşıdakı oyuna həvəslə hazırlaşmışıq. İndi ancaq “Rəvan”la oyunu fikirləşirik. Məqsədimiz oyundan uğurlu nəticə ilə ayrılmaqdır”.