“Çox qol vurmağı unutmalıyam. İndi yalnız titul qazanmaq barədə düşünməliyəm”.
Korner.az-ın məlumatına görə, bunu “Fiorentina”nın hücumçusu Federiko Bernardeski deyib.
Gənc forvard yerli mətbuata açıqlamasında cari mövsümdə qarşılarına qoyulan hədəfdən danışıb. 22 yaşlı futbolçu Avropa Liqası barədə də proqnoz verib.
İtaliya millisinin üzvünün sözlərinə görə, “Qarabağ”la eyni qrupda mübarizə aparacaq florensiyalılar Avroliqanı qazanmağı hədəfləyiblər: “Bu mövsüm hədəfimiz ya İtaliya Kubokunu, ya da Avropa Liqasını qazanmaqdı. Mən də bir hücumçu kimi, komandamın uğuru üçün əlimdən gələni edəcəm. Avroliqada heç də zəif qrupa düşməmişik. Ancaq kuboku qazanmaq istəyiriksə, qarşımıza kimi çıxır-çıxsın, qələbə üçün meydana çıxmalıyıq”.
“Fiorentina” Avropa Liqasının J qrupunda “Qarabağ”la II turda sentyabr ayının 29-da qarşılaşacaq (apasport)
