“Xəzər Lənkəran”ın azadlığa çıxan azarkeşi Elman Tağıyevə klubda vəzifə tapşırılıb.
Korner.az-ın məlumatına görə, bu barədə Eliko Lezginçik ləqəbli fanat öz “Facebook” səhifəsində yazıb.
O, “ağ-yaşıllar”ın azarkeşlərlə iş üzrə əlaqələndirici nümayəndəsi kimi fəaliyyətə başlayacağını açıqlayıb.
Qeyd edək ki, Eliko Lezginçik ləqəbli fanat 2013-cü il avqustun 25-də Azərbaycan Premyer Liqasının “Xəzər Lənkəran” – “Neftçi” matçında baş vermiş iğtişaşla əlaqədar həbs olunub və mayın 12-də azadlığa çıxıb.
