Digər idman növləri

Həbibin növbəti döyüşünün vaxtı müəyyənləşdi

30.10.2019 , 22:35

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyna Uayt yüngül çəki üzrə kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyusonun mümkün döyüşünün vaxtını açıqlayıb.

Korner.az xəbər verir ki, qurum rəhbəri döyüşün gələn ilin martında keçirləcəyini bildirib. O, hazırda tərəflər arasında bəzi detalların razılaşdırılması prosesinin getdiyini vurğulayıb.

Qeyd edək ki, Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.

Son yazılar

Yuxarı