Millimiz bu gün növbəti yoxlama görüşünü keçirib.
Korner.az-ın məlumatına görə, Almaniyada təlim-məşq toplanışında olan yığmamızın budəfəki rəqibi Andorra yığması olub.
Mayın 23-də səfərdə Yaponiya yığmasına 0:2 hesabı ilə məğlub olan millimiz kağız üzərində zəyif olan Andorra yığması ilə bacarmayıb.
Almaniyanın Frankurt şəhərində baş tutan matçda Berti Foqtsun yetirmələri Andorra yığması ilə 0:0 hesabı ilə heç-heçə qalıb.
30 may
Yoldaşlıq görüşü
20:00. Azərbaycan – Andorra 0:0
Azərbaycan: Kamran Ağayev, Mahir Şükürov, Elnur Allahverdiyev, Ruslan Abışov, Ufuk Budak, Rahid Əmirquliyev, Aleksandr Çertoqanov, Vüqar Nadirov, Elvin Məmmədov, Rizvan Umarov, Rauf Əliyev.
Andorra: Xose Antonio Qomes, Ferran Pol, İlddfons Lima, Xosep Manuel Ayyala, Kristian Martinez, Adrian Rodriqes, Marsio Vyeyra, Serxi Moreno, Karlos Eduardo Peppe, Mark Qarsiya, Fernando Silva.
