“Rəvan” komandası bu gün bir məşqə çıxıb.
Korner.az-a klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubovun verdiyi məlumata görə, komandada bir sıra futbolçularla bağlı problemlər var.
Belə ki, zədəli olan Oke və Sezar fərdi proramla çalışıblar. Adıçəkilən futbolçular həmçinin Novruz və Lukaş həm də cəzalı durumdadılar.
Qeyd edək ki, növbəti turda “sarı qırmızılılar” “Simurq”la səfərdə qarşılaşacaq.
