Güvənç Kurtar "Simurq"la oyunda gənclərə şans verəcək.
Korner.az-ın məlumatına görə, bu barədə türk mütəxəssis özü məlumat verib.
Kurtar bildirib ki, Premyer Liqanın XXVI turunun Zaqatalada keçiriləcək matçında əsas heyətin 8 üzvü oynamayacaq:
"Simurq"la oyunda əsasən gənclərə və oynamaq şansı az olanlara güvənəcəm. Əsas heyətimizin 4 üzvü cəzalı olduğundan bu matçı buraxacaq. Daha 4 futbolçuya da mən istirahət verəcəm".
