“Rəvan”ın baş məşqçisi Güvenç Kurtar Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunla bağlı açıqlama verib.
Korner.az Kurtarın açıqlamasını sizə təqdim edir:
“Məğlub olduq, amma, bu, indiyədək oynadığımız ən yaxşı oyun idi. Bir neçə qol imkanını boşa verdik. Kubokun cavab oyununu düşünərək bəzi futbolçulara istirahət verdim. Yaxşı oyuna görə komandamın hər bir oyunçusunu təbrik edirəm”.
