“Rəvan” daha bir futbolçusu ilə vidalaşır.
Korner.az-ın məlumatına görə, baş məşqçi Güvənc Kurtar İvan Pexanın xidmətindən imtina edib.
Qeyd edək ki, İvan Pexa “Rəvan”a yayda Belçikanın “Neman” klubundan keçib. Sloveniyalı futbolçu Bakı klubunda 18 oyun keçirib, 1620 dəqiqə oynayıb və 1 qol vurub. 28 yaşlı müdafiəçi yeganə qoluna Azərbaycan Kubokunun “Qaradağ”la oyununda imza atıb. 2009/10 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinib (35 oyun, 3142 dəqiqə).
