Topaz Premyer Liqasının 30-cu turunda “Qarabağ” “Rəvan”ı qəbul edib.
Korner.az “Qarabağ”a 5-1 hesabı ilə məğlub olan “Rəvan”ın baş məşqçisi Güvənc Kurtarın mətbuat konfransında verdiyi açıqlamanı sizə təqdim edir:
“Məğlubiyyətdən sonra danışmaq çətindir. Hər iki komandanın şansı vardı. İkinci hissədə məcburi dəyişiklik etdik. Çox bəsit qollar buraxdıq. Ağlımda kubokdur, amma bu oyunla kubokda da heç nə edə bilmərik. Futbolçularımız toparlanmalıdırlar. “Qarabağ” yaxşı komandadır. Onlara qarşı bu düşüncəylə oynamaq olmaz”.
