Gürcüstanlı qapıçı “Qarabağ”da – RƏSMİ
12.01.2022 , 14:19

“Qarabağ” yeni transferini açıqlayıb.
Korner.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Yaqelloniya” klubundan gürcüstanlı qapıçı Luka Quqeşaşvilini rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı “əlcək sahibi” ilə müqavilənin detalları açıqlanmayıb.
