Gürcüstanlı futbolçu rəsmən “Kəpəz”də!
10.01.2025 , 16:30
“Kəpəz” qış transfer dövründə heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gürcüstanlı Rati Ardazişvili ilə “6 ay + 1 il” müddətinə müqavilə bağlanıb.
26 yaşlı yarımmüdafiəçinin son klubu vətənində “Samtredia” olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığma komandalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynada (“Rux”), Qazaxıstanda (“Kaspi”, “Jetısu”) və Latviyada (“Liepaya”) oynayıb.