Bakıda keçirilən ikinci Caspian Cup turnirinin qalibi Gürcüstan yığması oldu.
Korner.az-ın məlumatına görə, Azərbaycanla matçdan sonra rəqib komandanın çalışdırıcısı Nodar Akobiya bunları deyib: "Təbii ki, bu cür yüksək səviyyəli turnirin qalibi olduğumuz üçün çox sevinirik.
Belə güclü komandaların iştirak etdiyi turnirdə kuboka sahib çıxmaq asan deyil. Düşünürəm ki, çox maraqlı final oyunu izlədik. Nadir hallarda bu yaş qrupuna aid komandaların ifasında belə baxımlı oyunun şahidi oluruq. Azərbaycan yığmasına gələcək turnirlərdə uğurlar arzulayıram".