Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək “Qəbələ” – “Dinamo” (Tiflis) görüşünü stadiondan izləmək üçün 100 gürcü azarkeş gələcək.
Korner.az-ın məlumatına görə, bu barədə “Qəbələ”nin baş meneceri Zaur Əzizov məlumat verib.
Klub rəsmisi qonşu ölkənin fanatlarının tribunalarda təhlükəsizliklərinin qorunması ilə bağlı isə bunları dedi: “Bizdən 100 azarkeş üçün bilet ayırmağımızı xahiş ediblər. Fanatlar Gürcüstandan 2 avtobusla gələcəklər. Onlar Qəbələyə oyun günü təşrif buyuracaqlar. Avropa Liqasının oyunları üçün nəzərdə tutulan bütün təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə olacaq”. (futbolinfo.az)
