Gürcüstan – Portuqaliya oyununun ən yaxşısı
27.06.2024 , 10:41

Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunda 3-cü turun Gürcüstan – Portuqaliya matçının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliyadır.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. O, görüşün ən yaxşısı seçilib.
Gürcüstan millisi Portuqaliya yığmasını 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
