Gürcüstan millisinin baş məşqçisi istefa verdi
13.11.2020 , 18:54

Gürcüstanın millisinin baş məşqçisi Vladimir Vayss istefa verib.
Korner.az xəbər verir ki, slovakiyalı mütəxəssis AVRO-2020-nin pley-off mərhələsində Şimali Makedoniyaya 0:1 hesabıyla uduzduqları oyundan sonra bu komandadakı işinin başa çatdığını deyib.
56 yaşlı məşqçi məğlubiyyətə görə üzr istəyib.
