Basketbol üzrə Gürcüstan milli komandası 2017-ci il Avropa Çempionatına hazırlıqlarını davam etdirir. Komandanın əsas ulduzlarından olan Zaza Paçuliyanın durumuna aydınlıq gəlib.
Zədəsi olan oyunçunun Avropa Çempionatında iştirak edib etməyəcəyi sual altında idi. Son müayinədən sonra “Qolden Steyt”in basketbolçusu milli komandasına kömək edə biləcəyini açıqlayıb.
Basketbol üzrə Avropa Çepionatı avqustun 31-dən sentyabrın 17-ə kimi davam edəcək.
