Gürcüstan klubu azərbaycanlı futbolçunu göndərdi
18.03.2020 , 13:00

Gürcüstanın “Merani” klubu Tural Rzayevlə yollarını ayırıb.
Tbilisi təmsilçisi 26 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Tural diz bağları qopduğu üçün uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu səbəbdən elita klubu onunla yollarını ayırıb.
Rzayev Azərbaycanda “Kəpəz”də oynayıb.
