Futbol

Gürcüstan – Azərbaycan oyunu bu vaxtda

15.09.2020 , 12:18

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Gürcüstanla keçirəcəyi oyunun başlanma vaxtı müəyyənləşib.

Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, oktyabrın 13-də Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlayacaq.

 Qeyd edək ki, millimiz 2-ci qrupda 6 xalla 4-cü pillədə qərarlaşıb. Gürcüstan isə 9 xalla 3-cüdür.

Son yazılar

Yuxarı