Gürcüstan – Azərbaycan: hakim təyinatları
10.10.2020 , 15:34

U-21 yığmaları arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Gürcüstan – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, qarşılaşmanı belaruslu hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Dmitri Dmitryev olacaq. Oa yan xətlərdə qismində Denis Yemelyançikov və Anton İqnatsyuk olacaq. Dördüncü hakim funksiyasnı isə Denis Şerbakov yerinə yetirəcək.
Görüş oktyabrın 13-də Qori şəhərindəki Tengiz Burjanadze stadionunda baş tutacaq.
