Layihə

Gürcü şahmatçı: “Bakıdaki olimpiada tarixin ən yaxşısı idi”

18.09.2016 , 16:41

“İlk turdan işlər qaydasında getmədi. Komandada kimsə artıq başlanğıcda formada olmadı, kimsə də turnir ərəfəsində öz oyunu tam göstərə bilmədi. Bizim sadəcə birinci və dördüncü lövhəmiz əla oynadı. Amma hətta onlar da vacib, həlledici oyunlarda uduzdular”

Bu sözləri korner.az-a aşıqlamasında şahmat üzrə Gürcüstanın qadınlardan ibarət yığmasının üzvü Lela Cavaxişvili deyib.

Bakıda keçirilən 42-ci olimpiya oyunları ilə bağlı təəssüratlarını bölüşən şahmatçı həmkarımızın sualları cavablandırıb:

– Sizin komanda turnirin favoritlərindən biri idi. Turnirdə bir çox sürprizlər oldu. Sizi daha çox hansı komanda yaxşı mənada təəccübləndirdi?

– Polşa komandasını qeyd etmək istərdim, ikinci pilləni tutdular. Əslindı bu sürpriz sayılmamalıdı. Çünki onların ulduz heyəti olmasa da, həmişə yüksək pillələr üçün mübarizə aparır. Azərbaycan komandasını da qeyd etmək istərdim. Çox yaxşı çıxış etdilər. Onlar çox motivasiyalı idi və hiss olunurdu ki, turnirə yaxşı hazırlaşıblar.

– Olimpiyadanın təşkilatçılığı barədə nə deyə bilərsiz? Ən yaxşı adlandırmaq olarmı?

– 2004-cü ildən olimpiadalarda iştirak edirəm. Deyə bilərəm ki, hələki Bakıdaki olimpiada ən yaxşıdı. Həm turnirin təşkili, həm yarış zalı, həm otellər və ən əsası da isti münasibət xüsusi qeyd olunmalıdı.

– Yaxşıları qeyd etdik. Bəs turnir ərəfəsində çatışmayan nəsə vardımı?

– Təkcə, bizim oyunumuz…

– Növbəti olimpiada vətəninizdə olacaq. Hazırlıqlara nə zaman başlayacaqsınız?

– Hələki istirahət edirik, özümüzə gəlməliyik. Amma təşkilatçılar yəqin ki, hazırlıqlara başlayıblar. Əgər başlamayıblarsa Bakıdaki olimpiadadan sonra çox çətin olacaq.

Lela Cavaxişvili Gürcüstan komandasının ikinci lövhəsində mübarizə aparır. O, 2486 FİDE reytinqinə sahibdi. Yalnız ikinci tur istirahət edən Lela 10 tur keçirib və bunların cəmi birində – rusiyalı Valentina Quninaya məğlub olub. 5 dəfə xalları yarı bölən şahmatçı, 4 dəfə rəqibini təslim edə bilib. Ümumilikdə, gürcü şahmatçı 10 oyundan 6.5 xal toplayıb.

Müsahibə AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi layihə  çərçivəsində işıqlandırılır

 

Son yazılar

Yuxarı