Gürcüstanın “Zuqudidi” klubunun qapıçısı Şota Maminaşvili vəfat edib.
Qapıçı “VİT Corciya” ilə oyundan əvvəl isinmə hərəkətləri edərkən huşunu itirib. Təcili xəstəxanaya aparılan Maminaşvilinin həyatını xilas etmək mümkün olmayıb.
Baş vermiş faciəyə görə qarşılaşma təxirə salınıb.
