“Barselona” – “Real” matçında bərabərlik!
07.02.2019 , 09:50

Bu gün İspaniyada 2019-cu ilin ilk “El-Klassiko”su keçirilib.
Əzəli rəqiblər – “Barselona” və “Real” klubları bu dəfə Kral kubokunda üz-üzə gəlib.
Komandaların yarımfinal mərhələsindəki ilk görüşü “Nou-Kamp”da olub. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
“Barselona” – “Real” – 1:1
Qollar: Lukas Vaskes, 6 (0:1), Malkom, 57 (1:1)
Qeyd edək ki, komandalar arasnda cavab matçı fevralın 27-də keçiriləcək.
